Bəzi xanım jurnalistlər gözəllikləri ilə daha çox yadda qalır.
Metbuat.az
Azərbaycanın kişi jurnalistləri arasında keçirdiyi “Ölkənin ən gözəl xanım
jurnalisti kimdir?” sorğusunu təqdim edir.
Turan İbrahimov
“Televiziyadan
danışmalıyamsa, bir məqamı vurğulayım ki, ekranda görünən hər aparıcı nə
jurnalistdir, nə də jurnalistika ilə məşğul olur. Bu səbəbdən də mən sizə ən
gözəl aparıcı hansıdır desəm daha dəqiq olacaq. ATV kanalının efirindəki bütün
aparıcılar eyni dərəcədə gözəldirlər. Hər birinin özünəməxsusluğu var. Ən gözəl
xanım aparıcılar ATV-nin aparıcılarıdır. Nanə, Afaq, Kəmalə, Aytən, Vüsalələrin
hər ikisi, Əsmər, Nərmin, Günayların hər ikisi, Mətanət, Nərgiz”.
İlkin Kərimov
“Aytən
Novruzova. Sizin simanızda bütün xanım jurnalistlər gözəldir”.
Səbuhi Turançı
“Lalə Azərtaş, Alidə Mustafayeva”.
Murad Əzimzadə
“Aparıcı
Leyla Əliyeva və Kamilə Babayeva”.
Mir Səməd
“Günay Novruzqızı”.
Əziz
Əlibəyli
“Brilliant Rəsulova- A24.az-ın ən gözəli...”.
Sərxan Kamallı
“İTV-dən
Pərvin Əsgərova”.
İlqar Atabəyli
“Bir az qəliz oldu. Düzü bilmirəm”.
Zahir Əzəmət
“Evdə dava salmaq istəyirsiz?!"
Oral Mədənçi
"Mənim üçün jurnalistikada ən gözəl xanım Günay Yelmarqızıdır. Saytımızın əməkdaşı Dilarə Zamanovanı da gözəl jurnalist xanımlardan hesab edirəm."
İlqar
Mikayıloğlu
“Lalə Azərtaş”.
Natiq Nailəoğlu
“Mən bu gözəllik
məsələsində bir az çaşıb qaldım. Hamısı gözəl və özəldir”.
İlham Tumas
“Mən
jurnalisti vicdanına və qələminə görə qəbul edirəm”.
Elçin Əlibəyli
“Maraqlı
sualdır. Xanımlarımızın hamısı gözəldir. Konkret ad çəkmək istəmirəm.
Televiziyalarımızda da, qəzetlərdə də, saytlarda da çox maraqlı, gözəl
xanımlarımız var. Ona görə də mən qətiyyən belə cinayət törədə bilmərəm”.
Bəxtiyar
Əlirzayev
“Hər kəsin zövqü
fərqlidir. Bu baxımdan ad deməkdə çətinlik çəkirəm. O ki qaldı mənəvi keyfiyyət
baxımından, mənəvi keyfiyyətlərin xarakterə təsir etməsi, mənəvi keyfiyyətlərin
möhkəmlənməsi də müəyyən bir yaşdan sonra başlayır. Ona görə də bu tərəfdən də
qəti bir söz demək olmur. Xarici görünüşə görə qiymət vermə daha çox şou-biznes
tipinə aiddir. Amma jurnalistika ciddi sahədir, ölkənin dördüncü hakimiyyət
qoludur. Burada kifayət qədər ciddi insanlar var. Onlara şou qiyməti vermək məncə
bir az düzgün deyil”.
Eldəniz Vəliyev
“Hansısa
aparıcını hansındansa fərqləndirmək mənimçün düzgün olmazdı. Azərbaycanda
normal, gözəl, baxımlı aparıcı xanımlar var. Mənimçün əsas bioloji yox, daxili
gözəllik önəmlidir. Buna görə də qadın jurnalist kimi daha gözəl kimin olduğunu
deyə bilməyəcəm”.
Qulu Məhərrəmli
“Gözəllik bir az başqa anlayışdır. Evdə dava düşər, qorxuram. Məsələn, Aytən xanım mən sizi ən gözəl hesab edirəm. Sizi görmədiyim üçün təsəvvürümdə başqa cürsüz”.
Aytən Novruzova / METBUAT.AZ