"Eurovision 2011" qalibi Eldar Qasımov duet ortağı Nigar Camalla küsülü olması xəbərlərinə münasibət bildirib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni "ATV maqazin onlarla" verilişinə açıqlamasında bildirib ki, Nigarla sənət yolları ayrıdır:
"Bu il "Eurovision"a gedəndə liftdə görüşdük. Biz eyni binada yaşayırıq. Münasibətlərimiz yaxşıdır, hərdən yazışırıq da. Biz müsabiqəyə qatılanda fərqli müğənnilər idik. Münsiflər bizi bir yerdə görüb, ora göndərdilər. "Eurovision"dakı missiyamızı görüb, fərqli yollarda getdik. Musiqi zövqümüz tam fərqlidir. O tam çılğındır, ritmik mahnıları xoşlayır. Mən isə daha çox dərin düşüncəli, həzin mahnılara üstünlük verirəm. Onun sevdiyi janr başqadır".
Eldar artıq hər dəvəti qəbul etmədiyini söyləyib:
"Seçən olmuşam, elə-belə verilişlərə getmirəm, müsahibələr vermirəm. Tamaşaçıların qarşısına deməyə sözüm olanda çıxıram. Bu sənətə elə-belə mahnı oxuyub, pul qazanmaq üçün gəlməmişəm. Çalışıram tamaşaçılar mahnılarımdan bəhrələnsinlər".
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində