Türkiyənin məşhur aktrisalarından Irmak Ünal yerli jurnallardan biri üçün kamera qarşısına keçib.

Metbuat.az bildirir ki, gözəlliyi ilə diqqət çəkən 40 yaşlı aktrisa sağlam həyat tərzi barədə reportaj da verib.

Irmak Ünal "Kampüsistan", "Arka Sokaklar" və "Haziran Gecesi" kimi məşhur seriallarda rol alıb.

Qeyd edək ki, Irmak Ünal Türkiyə kinosunun əfsanəvi simalarından Türkan Şorayın ögey qızıdır.