BMT Suriyada 89 nəfərin ölümünə səbəb olan hücumda kimyəvi silahdan istifadəni təsdiqləyib.

Metbuat.az xəbər verir ki, BMT-nin Kimyəvi silahların qadağan edilməsi üzrə Təşkilatı(KSQET) İdlibdə 3 ay əvvəl törədilmiş faciə haqda məruzə hazırlayıb.

Nümunələri araşdıran təşkilat məruzədə tətbiq olunan silahların tərkibində sarin maddəsinin olduğunu qeyd edib.

UNİSEF: Suriyada kimyəvi hücum zamanı 27 uşaq ölüb

Aytən Novruzova / Metbuat.az