Almaniya höküməti Rəcəb Tayyib Ərdoğanın önəmli bir qonaq olduğunu bildirib.

Metbuat.az xəbər verir ki, iyulun 7-8-də Almaniyanın Hamburq şəhərində G-20 zirvə görüşü keçiriləcək. Alman mediasında Ərdoğanın G-20 toplantısında iştirakı zamanı türklərlə görüşü və digər tədbirlərə qatılmasına icazə verilməyəcəyi haqda xəbərlər yayılıb.

Digər tərəfdən isəTürkiyə prezidentinin zirvə görüşünə 60-ı polis olmaqla, 250 nəfərlik heyətlə qatılacağı haqda məlumatlar da var.

Qeyd edək ki, Hamburq polisi Türkiyəyə Vaşinqton hadisələrini (Prezidentin mühafizəçiləri ilə PKK terror təşkilatının tərəfdarları arasında toqquşma) xatırladaraq, yaşananların Hamburqda təkararlanmasına icazə verilməyəcəyini bildirib.

Aytən Novruzova / Metbuat.az