Somalinin paytaxtı Moqadişodan 20 kilometr şimalda partlayış baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 2 nəfər həlak olub, 6 nəfər isə yaralanıb.

Məlumata əsasən, partlayıcı qurğu yolun kənarında olub.

Qeyd edək ki, Somalidə "Aş-Şabab" terror qruplaşması fəaliyyət göstərir.

Milli.Az