ABŞ Somalidə "Əş-Şabab" terror qruplaşmasına hava zərbəsi endirib.
Metbuat.az bildirir ki, hücum əməliyyatı 2 iyul tarixində yerli vaxtla saat 14:30-da həyata keçirilib. Bu barədə ABŞ-ın Afrikadakı komandanlığı bəyanat yayıb.
Xatırladaq ki, mart ayının sonunda ABŞ prezidenti Donald Tramp Somalidəki Afrika ittifaqına dəstək vermək, o cümlədən "Əş-Şabab" terror qruplaşması ilə mübarizə tədbirlərini gücləndirmək üçün bölgədəki Amerika qoşunlarının səlahiyyətlərinin genişləndirilməsinə dair qərar qəbul etmişdi.