Qəbələ" Avstriyada təlim-məşq toplanışını davam etdirir.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, hazırlıq prosesinin ikinci mərhələsini Zalsburq bölgəsində gerçəkləşdirən "qırmızı-qaralar" bu gün növbəti yoxlama matçına çıxıb.
Roman Qriqorçuk yetirmələrini Ukrayna çempionatının ikincisi Kiyev "Dinamo"su ilə qarşılaşıb.
Görüş ukraynalıların 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb. Təmsilçimizin yeganə qoluna Elvin Məmmədov imza atıb.
Bu, "Qəbələ"nin Avstriyada 7-ci matçı olub. Təmsilçimiz buna qədər "Fulpmes" (Avstriya - 8:0) və "Qrodiq" (Avstriya - 7:0) üzərində böyük hesablı qələbə qazanıbsa, "Axmat" (Rusiya - 0:1), "Vakker" (Avstriya - 0:1), MOİK (Bolqarıstan - 0:2) və "Ludoqorets"ə (Bolqarıstan - 0:2) məğlub olub.
Yoxlama görüşü
4 iyul
"Qəbələ" - "Dinamo" (Kiyev, Ukrayna) - 1:2
Qollar: Elvin Məmmədov, 85 - Xliobas, 13, 56
"Qəbələ": Dmitri Bezotosnı, Vojislav Stankoviç, Vitali Vernidub, Ürfan Abbasov, İlqar Qurbanov, Cavid Hüseynov, Filip Ozobiç, Endi Hallidey, Araz Abdullayev, Xavyer Ernandes, Stiven Jozef-Monroz
"Dinamo": Maksim Koval, Aleksandr Timçik, Aleksandr Pantiç, Tamaş Kadar, Zurab Oçiqava, Sergey Ribalka, Nikita Korzun, Denis Qarmaş, Viktor Tişankov, Oleq Qusev, Dmitro Xliobas
Milli.Az