Bakı. 4 iyul. REPORT.AZ/ Çərşənbə axşamı Türkiyənin şimal-qərbində naməlum şəxs məhkəmə binasında atəş açıb. Nəticədə bir polis zabiti ölüb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Hurriyet" qəzeti yazıb.
Məlumata görə, cani, həmçinin vəkili yaralayaraq bir nəfəri girov götürüb.