Ölkə ərazisində bir neçə gündür isti hava şəraiti hökm sürür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın Metbuat.az-a verdiyi məlumata əsasən, isti hava şəraiti iyulun 5-nə qədər davam edəcək:
“Şimal-qərbdən hərəkət edən soyuq hava kütləsinin təsiri nəticəsində paytaxtda şimal küləyinin güclənməsi müşahidə olunur. Bu gün və sabah, eləcə də ayın 8-nə kimi şimal küləyinin güclənməsi müşahidə ediləcək, şimal-qərb küləyi üstünlük təşkil edəcək, havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı düşəcək. Bölgələrdə də bu gün yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin 6-7 iyulda əsasən dağlıq ərazilərdə şimşək çaxması, yağış yağması ehtimal olunur”.
İsti hava nə vaxta kimi davam edəcək? - RƏSMİ AÇIQLAMA-Oxumaq üçün tıkla
Aytən Novruzova / Metbuat.az