Cəbhə bölgəsində yaşayan əhali necə qorunur?

Ötən gün Ermənistan silahlı qüvvələri təxribatı nəticəsində Füzuli rayonunun Alxanlı kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.  

Cəbhəyanı ərazilərdə yaşayan dinc əhalinin təhlükəsizliyi necə qorunur?

Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov Metbuat.az-a cəbhədə baş verən hadisələrlə bağlı münasibət bildirən zaman sualı cavablandırıb. Polkovnik bildirib ki, cəbhə bölgəsində yaşayan insanların sayı qədər həmin ərazilərdə sığınacaqlar olmalıdır:

“Yaxın günlərdə ermənilər məlumat yaydılar ki, onlar cəbhəyə yaxın ərazilərdə sığınacaqlar tikirlər. Dünən baş verənlər gözlənilməz idi. Lakin bu hadisədən qaçmaq mümkün olmayıb. Baş verəcək real təhlükədən vətəndaşlarımızı qorumaq üçün sığınacaqlar tikməliyik. Həmçinin, o sığınacaqlarda daldalanmaq üçün şərait yaratmalıyıq. Biz dəfələrlə bu məsələni ictimailəşdirsək də, çox təəssüflər olsun ki, müvafiq qurumlar məsələni o qədər də ciddiyə almayıblar. Amma erməni ermənidir. Erməninin Azərbaycan vətəndaşlarına qarşı atdığı addımlar insanlıqdan kənar olub. Biz o sığınacaqları mütləq tikməliyik. Sığınacaqlar tikilməli və Azəırbaycan vətəndaşları o sığınacaqlar vasitəsilə qorunmalıdır”.

Ermənilər çox ağır bədəl ödəməli olacaqlar... - POLKOVNİKDƏN AÇIQLAMA

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR