“Sağlam Həyat – Sağlam Gələcək” layihəsinə başladı

İyulun 6-dan etibarən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyi tərəfindən Ağdam rayonunun Quzanlı qəsəbəsində “Sağlam Həyat – Sağlam Gələcək” layihəsi çərçivəsində tədbirlər keçiriləcək.

Metbuat.az bildirir ki, layihənin keçirilməsində məqsəd birbaşa qoşunların təmas xəttində - Ağdam rayonundakı məcburi köçkün uşaq və gənclər arasında sağlam həyat tərzinin təbliği, yoluxucu xəstəliklərin yoluxma yolları və törətdiyi fəsadlar haqqında maarifləndirmə işi aparmaq və seminarlar təşkil etməkdən ibarətdir. 7 gün müddətində davam edəcək və 150 nəfər gənci bir araya gətirəcək layihədən birbaşa qoşunların təmas xəttində, Ağdam rayonunun məcburi köçkün qəsəbələrində və kəndlərdə yaşayan təxminən 1000 nəfərdən artıq məcburi köçkün uşaq və gənclər faydalancaq.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR