Erməni saxtakarlığına qarşı mübarizəni gücləndirəcək daha bir addım

Erməni saxtakarlığına qarşı mübarizəni gücləndirəcək daha bir addım
15:18 8 Yanvar 2015
107 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

Milli Məclisin qış sessiyasında “Kulinariya mədəniyyəti haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq. Bu barədə Trend-ə Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib.

N.Cəfərov qeyd edib ki, qanun layihəsində bir çox məsələlər öz əksini tapıb: “Kulinariya bir xalqın mədəniyyətidir, mədəniyyət tarixinin tərkib hissəsidir. Kulinariyada yeməklərin adları var, təqdimetmə üsulları və s. məsələlər var. Bir də görürsən bir xalq başqa bir xalqın yeməyini qəbul edir, ancaq adını, çeşidini dəyişir. Yəni ad dəyişilirsə, bu, mədəniyyət məsələsidir. Bildiyiniz kimi, bu günlərdə lavaşla bağlı ortaya mübahisə çıxdı. Çoxlu sayda belə məqamlar var ki, burada biz öz mədəniyyətimizi müdafiə etməliyik. Mədəniyyətlə bağlı qanunların bir hissəsinin məzmunu ondan ibarətdir ki, mədəniyyət qorunsun, sənə aid olan mədəniyyətin konturları müəyyənləşdirilsin”.

N.Cəfərov qeyd edib ki, qanun layihəsinin qəbulu ermənilərin Azərbaycan mətbəx nümunələrini mənimsəməsinə qarşı mübarizənin gücləndirilməsində də öz töhfəsini verəcək: “Ermənilərin Azərbaycan mətbəx nümunələrini mənimsəməsinə qarşı mübarizə, təbliğat həmişə aparılır, bununla yanaşı, qanun olanda istər-istəməz qanunla biz öz mədəniyyətimizi daha fəal şəkildə müdafiə edə bilirik”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR