Bakı. 6 iyul. REPORT.AZ/ Son 3 ildə Ermənistana pul köçürmələrinin həcmi 830 milyon dollar, yaxud 38,4 faiz azalıb.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin maliyyə naziri Vardan Aramyan iyulun 6-da parlamentin növbədənkənar iclasındakı çıxışında bildirib.
Onun sözlərinə görə, bu, ilk növbədə Rusiyaya tətbiq edilən sanksiyalar və ölkə iqtisadiyyatının inkişafının zəif olması ilə əlaqədardır.
“Ermənistan iqtisadiyyatı dəstəkləmək məqsədi ilə xarici borcların həcmini artırıb”, - deyə nazir vurğulayıb.