"Qarabağ"ın yeni transferi Vilde-Donald Gerye cəbhədə Azərbaycanın mülki vətəndaşlarının qətlinə münasibət bildirib.


Fanat.Az xəbər verir ki, Haiti yığmasının üzvü erməni hücumu nəticəsində həlak olan 2 yaşlı Zəhranın fotosunu paylaşıb.


Xatırladaq ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.


Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı hərbi hospitala çatdırılaraq əməliyyata götürülüb.


"Qarabağ"ın yeni transferindən Zəhra paylaşımı: "Terrora son"   - FOTO


Fanat.Az