Livanlı dizayner Paris Moda Həftəsini FƏTH ETDİ – FOTO

Livanlı dizayner Paris Moda Həftəsini FƏTH ETDİ – FOTO
17:18 6 İyul 2017
Ölkə mətbuatı
A- A+

Dünən Paris Yüksək Moda Həftəsi çərçivəsində livanlı dizayner Elia Saabın 2017-2018-ci ilin payız-qış kolleksiyası nümayiş olunub.

Publika.az xəbər verir ki, möhtəşəm ziyafət libaslarının müəllifi bu dəfə də qonaqların və bütün modapərəstlərin qəlbini fəth edə bilib. Elia Saab kolleksiyanı şərqsayağı hazırlasa da, əsas ideyasını “Qrimm qardaşları”nın nağıllarının səhifələrində tapıb. Krujeva ilə məxmərin, ipəklə tülün vəhdəti şıq obrazlara yüngüllük əlavə edib.

Hər bir obraz əsl əllə işlənmiş bahalı daş-qaşlarla və incə siluetlərlə cəlb edir. Straz və qızıl tikmələr gözqamaşdırıcı parlaqlığa baxmayaraq, onları tamamilə qeyri-adi və maraqlı görünürlər.

Şərq ruhunda hazırlanan kolleksiyada incə zəngin rənglərdən istifadə edilib. Rəng palitrası Livanın cəngavərlik dövrünün çalarlarına yaxındır. Burada qızılı çalarlar əsasən ilahi enerjinin simvolu kimi seçilib, ağ təmizliyi, al-qırmızı hakimiyyət və ehtirası, yaşıl torpaqların çiçəklənməsini və cənnət bağçasını simvolizə edir. Mavi isə səma çalarları həyatın faniliyi haqqında xatırladır.

Modellərinin çiyinləri açmağı və dərin dekolteləri və şəffaf parçalardan istifadə etməyi sevən, o cümlədən başdan-başa örtülü libasları applikasiyalarla, müxtəlif gül naxışları və heraldika rəmzləri ilə bəzəməyə üstünlük verən dizayner yeni kolleksiyası haqqında bunları deyib:

"Bilmirəm, bədəninin nə qədərini paltar altında gizlətmək lazımdır, nə qədərini isə göstərmək olar".

Qeyd edək ki, sabahdan etibarən Yüksək Moda Həftəsi Romada start görütəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR