"Qarabağ" klubunun polşalı futbolçu Yakup Jezniçakla münasibətlərini rəsmiləşdirdiyi haqda məlumat vermişdik. 2017/18-ci illər mövsümü üçün nəzərdə tutulan transfer pəncərəsi zamanı "Qarabağ"növbəti transferi reallaşdırıb.

Milli.Az xəbər verir ki, yarımmüdafiəçi mövqeyinə transfer etməyi planlaşdıran "Qarabağ" Haiti millisinin üzvü olan və ötən mövsüm Türkiyə Superliqasında "Alanyaspor"da forma geyinən Vild-Donald Guerrierin keçidini rəsmiləşdirib.

Yarımmüdafiəçi ilə ikiillik müqavilə imzalanıb.

Təhməz Təkin

Milli.Az