"Eurovision" qalibi Eldar Qasımov sevgilisindən ayrıldığı üçün depressiyaya düşməsi xəbərlərinə aydınlıq gətirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Xəzər Maqazin"ə danışan müğənni bunların yalan olduğunu deyib:

"Sevgiyə, ailəyə vaxt ayırsam, gərək onda bir müddət üçün də olsa, musiqidən uzaqlaşım. Amma mən nə ailə həyatına hazıram, nə də musiqidən ayrı düşməyə... İnsan gərək xoşbəxt olsun. Mən hələ ki, musiqilərdə, səhnədə xoşbəxtəm. İnsan nə vaxt hiss edirsə ki, yanındakı ilə xoşbəxt olmaq istəyir, onda onunla ailə qurur". Eldar bəzi həmkarlarından uzaqlaşmasının səbəbini də izah edib:

"Yanımdakı bəzi insanları özümdən uzaqlaşdırdım. Çünki gördüm ki, məndən nəyəsə nail olmaq üçün istifadə edirlər. Bunun da günahı özümdə idi. Çünki mən imkan veriridim ki, onlar mənə yaxınlaşsınlar. Amma indi heç kəsi ürəyimə yaxın buraxmıram və belə yaxşıdır".

Milli.Az