Əl Taniyə görə, Qətərin təxminən 40 mlrd. ABŞ dolları həcmində nağd vəsaiti və Qətər İnvestisiya Fondunda 300 mlrd. dollar vəsaiti var: "Bu vəsaitl bizim sistemin etibarlılığıdır, hansı ki, istənilən şoka qarşı dayanıqlılıq göstərmək imkanı verəcək".
Qeyd edək ki, iyunun 5-də Misir, S.Ərəbistanı, BƏƏ və Bəhreyn Qətərlə diplomatik münasibətləri kəsmək qərarına gəlib. Daha sonra onlara Yəmən, Liviya, Mavritaniya, Komor adaları, Maldivlər və Mavrikiy də aksiyaya qoşulub.