Rusiya istehsalı olan müasir döyüş texnikası, silah, sursat və digər hərbi avadanlıqların Azərbaycana gətirilməsi prosesi davam edir.

İki ölkə arasındakı hərbi-texniki əməkdaşlığa dair razılaşmaya əsasən, ən yeni döyüş vasitələrinin növbəti hissəsi ölkəmizə çatdırılıb. Bakı limanına artilleriya və raket sistemləri üçün gətirilən çoxlu sayda mərmilər, raketlər və digər hərbi-texniki əmlak düşmənin döyüş vasitələrinin, mühəndis-istehkam qurğularının, canlı qüvvəsinin və geniş ərazidə obyektlərinin dəqiq zərbə ilə məhv edilməsi üçün nəzərdə tutulub.

Bu barədə Metbuat.az-a açıqlama verən hərbi jurnalist Ramil Məmmədli bildirib ki, həmin məhsullar daha çox raket artilleriya sistemlərinin sursatları və texniki komponentləri ilə bağlı olub:

“Müdafiə Nazirliyinin rəsmi məlumatı Rusiyadan gətirilən növbəti silah-sursat partiyasının əsasən raket mərmiləri və digər texniki qurğulardan ibarət olduğunu göstərdi. Ətraflı məlumat verilməsə də, görünən odur ki, Azərbaycan Silahlı Qüvvələri artilleriya sistemlərinin mükəmməlləşdirməsi, gücləndirməsi məqsədilə bir sıra satınalmalar həyata keçirilir. Bunu təkcə Rusiyadan deyil, digər xarici ölkələrdən də həyata keçirirlər. Azərbaycan Silahlı Qüvvələrinin zabit heyəti, əsas elitası vaxtilə Sovet ordusunda xidmət etmiş zabitlərdən ibarətdir və bu insanlar həmin texnikalardan istifadə zamanı hər hansı bir problemlə üzləşməyiblər. Bu, çox müsbət haldır”.

Az öncə Ərdoğan paylaşdı - Ermənilər qorxu içindədir... / FOTO – Oxumaq üçün tıklayın!

Xəyalə Məmmədova / METBUAT.AZ