Terrorçular qədim müsəlman məqbərəsini partladıblar

Terrorçular qədim müsəlman məqbərəsini partladıblar
15:53 8 Yanvar 2015
80 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir Məftun Salmanov/

"Cəbhət ən-Nüsra" radikal qruplaşmasının terrorçuları ilahiyyatçı İmam ən-Nəvəvinin məqbərəsini partladıblar.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, məqbərə 13-cü əsrdə Suriyanın cənubundakı Nəva şəhərində tikilib.

Qeyd edək ki, müxtəlif dini şüarlar altında tarixi obyektlərin dağıdılması halları ilk dəfə baş vermir. Belə ki, Suriyadakı 4 ildir davam edən vətəndaş müharibəsi dövründə dünyanın ən qədim məscidlərindən biri olan "əl-Öməri" məscidinin və Hələbdə Əməvilərin Böyük məscidinin minarələri də dağıdılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR