11 iyul Beynəlxalq Şokolad Günüdür

11 iyul Beynəlxalq Şokolad Günüdür
09:53 11 İyul 2017
Ölkə mətbuatı
A- A+

Şokolad təkcə şirniyyat deyil, həm də şirin həyat simvoludur! Əks halda ona bir çox ölkələrdə abidə ucaltmazdılar.

Publika.az xəbər verir ki, bəşəriyyət 11 iyul tarixini Beynəlxalq Şokolad Günü kimi bayram edir.

Bu ləziz məhsula şənliklər təşkil etmək ideyası 90-cı illərin ortalarında fransızların ağlına gəlib. Əvvəlcə bu bayram sırf milli idi, ancaq zaman keçdikcə xarici ölkələr də bu maraqlı ənənəni mənimsəyir və tezliklə o, planetdə beynəlxalq gün kimi qeyd olunmağa başlanır. Lakin demək lazımdır ki, 4 sentyabr da Ümumdünya Şokolad günü kimi qeyd edilir. Bunu da yəqin ki, hər kəsin şokolada olan sonsuz sevgisi ilə izah etmək olar...

Всемирный День шоколада: 10 интересных фактов о самом известном лакомстве

Şokolad haqqında maraqlı faktlar

Şokolad kökəltmir

Kakao kökəltmir, yalnız şokoladın tərkibindəki süd və şəkər əsas kalori mənbələri sayılır. Ona görə də şokolad seçən zaman keyfiyyətli və tünd olmasına diqqət edin. Belə şokoladı gün ərzində istədiyiniz qədər yeyə bilərsiniz, hətta şokolad pəhrizləri var. Gündə 100 qram acı şokolad ilə bir fincan qara qəhvə içmək maddələr mübadiləsini sürətləndirir, piyləri yandırır.

Şokolad öskürəyi müalicə edir

Çox az adam bilir ki, şokoladdan müalicəvi məqsədlərlə də istifadə etmək olar. Çünki onun tərkibində insan orqanizminə müsbət təsir edən şəfaverici maddələr var. Məsələ ondadır ki, şokoladdakı teobromin maddəsi öskürəyi aradan qaldırır. XVII-XVIII əsrlərdə həkimlər zəngin xəstələrə dərman vasitəsi kimi şokolad verirdilər.

Şokolad güclü afrodizyakdır

Məşhur kurtizanka madam de Pomadur əmin idi ki, ehtiras alovunu yalnız isti şokoladla gücləndirmək olar. Bu yaxınlarda aparılmış tədqiqatlar bir daha göstərdi ki, şokolad insanı ehtiraslı öpüşlərdən dörd dəfə daha çox həyəcanlandırır.

Şokolad hamilələr üçün də faydalıdır

Şokolad hamilələr üçün çox faydalıdır. Statistikaya görə, şokolad sevən anaların uşaqları həm daha sağlam olur, həm əsəbləri möhkəm olur, həm də çox gülür. Bundan başqa, şokolad doğuş zamanı və ondan sonra ağırları azaldır. Çünki onun tərkibindəki maddələr əzələləri rahatlaşdırır və qan damarlarını möhkəmləndirir.

Şokolad valyutası

Maya tayfası kakao lobyalarından, yaxud şokoladdan pul kimi istifadə edib. Məsələn, 10 kakao lobyasına dovşan, 100 kakao lobyasına isə bir qul almaq olardı. Maya tayfasında dələduzluq o həddə çatmışdı ki, insanlar gildən saxta kakao lobyaları yaratmışdı.

Şokolad sirri

1565-ci ildə italyan əsilli alim-rahib İspaniya kralına şokoladın faydası haqqında məruzə ilə çıxış etdikdən sonra şokolad dövlət sirri olub. Kral şokolad hazırlamağı ancaq etibar etdiyi adamlara tapşırardı. Onun istehsalı ilə əsasən ispan rahibləri, yezuitlər məşğul olurdular. Bu sirrinin pozulmasına görə isə 80 nəfər edam olunub.

Şokolad cehiz kimi

Orta əsrdə İspaniya kral ailəsinin üzvləri ilə digər avropalı aristokratlarla nikah bağladıqda kakao lobyası cehiz əvəzi verilirdi.

“Şokolad yeməyə gəlin"

O XVII əsrdə şokolad Martinika adasında şokolad o qədər sevilirdi ki, müəyyən müddətdə mədəniyyətin bir hissəsi olmuşdu. Adada yaşayan əhali evinə qonaq dəvət etmək istəyəndə “Axşam bizə şokolad yeməyə gəlin” şəklində müraciət edərdilər.

Şokolada ildə 7 milyard dollar xərclənir

İnsanlar şokolada hər il yeddi milyard dollar sərf edirlər. Qeyd etmək lazımdır ki, payız aylarında bu şirniyyat daha çox satılır. İnsan orta hesabla ildə təxminən 5 kilo şokolad yeyir.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/metbex/142701.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR