"Siçanlı limonad"la bağlı rəsmi MƏLUMAT

"Siçanlı limonad"la bağlı rəsmi MƏLUMAT
15:59 8 Yanvar 2015
223 Sosial
Ölkə mətbuatı
A- A+

 Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti "Caillou" nişanlı limonadın içindən siçanın çıxması ilə bağlı araşdırmalara başlayıb.

 

Bunu “APA-Economics”ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib.

 

Qeyd edək ki, adıçəkilən limonaddan İmişlidə bir ailənin 3 üzvü zəhərlənib.

 

Rayonun Xəlifəli kənd sakinləri 2000-ci il təvəllüdlü Əliyeva İlkanə Kazım qızı, 2001-ci il təvəllüdlü Əliyev Cahid Kazım oğlu və 1997-ci il təvəllüdlü Əliyeva Türkanə Kazım qızı limonaddan zəhərləndiklərinə görə İmişli rayon xəstəxanasının infeksion xəstəliklər şöbəsinə yerləşdirilib.

 

Xəstəxanadan bildirilib ki, hazırda onların vəziyyəti qənaətbəxşdir.

 

Uşaqların atasının dediyinə görə, limonadın içindən siçan çıxıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR