"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya energetika naziri Aleksandr Novak qətərli həmkarı Məhəmməd bin Saleh as-Səda ilə XXII Dünya Neft Konqresi zamanı görüşündən sonra verib.
Rusiyalı nazirin sözlərinə görə, əs-Səda Qətərin anlaşmaya sadiq qalacağını deyib və burda heç bir risk görmədiyini bildirib.
Qeyd edək ki, bu ilin iyun ayının 5-də Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn Qətərlə diplomatik münasibətləri kəsmək qərarı alıblar. Daha sonra onlara Yəmən, Liviya, Mavritaniya, Komor adaları, Maldivlər və Mavrikiy qoşulub.