Gündəm yaradacaq bəyanatları ilə daim gündəmdə olan Rusiya Liberal Demokrat Partiyasının (RLDP) Vladimir Jirinovski növbəti qalmaqallı bəyanatı ilə diqqət mərkəzinə düşüb.

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, Jirinovski ABŞ-ın Moskvadakı səfirliyinin iqamətgahını RLDP-yə verməyi təklif edib.

“Əgər amerikalılar barəsində cavab ölçülərinin qəbul etmək məsələsi qaldırılarsa, onda Spaso-Xausu almaq lazımdır. Bu yaxşı binadır və onu Liberal Demokrat Partiyasının Moskva şəhər təşkilatına vermək lazımdır”, - o bildirib.

Spaso-Xaus Moskvada ABŞ səfirliyinin iqamətgahıdır. Bina inqilabdan əvvəlki neoklassik arxitekturanın abidəsidir.

Xatırladaq ki, ABŞ ötən ilin dekabrında (Barak Obama administrasiyası dövründə -red.) Rusiyanın Merilend və Nyu-Yorkdakı diplomatik nümayəndəliklərini bağlayıb. ABŞ rəhbərliyi qeyd olunan diplomatik nümayəndəliklərin kəşfiyyat məqsədləri üçün istifadə edildiyini iddia edib.

Vaşinqton həmçinin 35 rusiyalı diplomatı ölkədən çıxarıb.

Ömər Dağlı