Hindistanda 16 yaşlı qızın mədəsindən əməliyyatla 2 kiloqramlıq saç topası çıxarılıb.

Milli.Az "Mirror"a istinadla bildirir ki, Aakanşa Kumari adlı qız 1 il ərzində gizlin olaraq öz saçını yeyib. Bundan qızın valideynlərinin xəbəri olmayıb. Qızlarının xeyli arıqladığını, tez-tez qusduğunu görən valideynlər onu həkimə aparıblar.

Rentgenlə müayinədən sonra məlum olub ki, qızın yediyi tüklər mədəsində topa şəklində yığılıb. Qız dərhal əməliyyat olunub. Onun mədəsindən 2 kiloqramlıq saç topası çıxarılıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Saçını yeyən qızın mədəsindən 2 kq-lıq tük topası çıxarıldı - VİDEO - FOTOSaçını yeyən qızın mədəsindən 2 kq-lıq tük topası çıxarıldı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində