Hesabatda qeyd edilib ki, uşaqların insan alveri riskindən müdafiəsinin gücləndirilməsi, onların internet və mobil telefon vasitələrindən təhlükəsiz istifadəsinin təmin edilməsi məqsədi ilə Əmək və Ailə Məcəllərinə, "Sosial müavinətlər haqqında", "Uşaq hüquqları haqqında", "Telekommunikasiya haqqında", "Kütləvi informasiya vasitələri haqqında" qanunlara dəyişikliklər edilməsi barədə təkliflər paketi hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub.
Qeyd edək ki, hesabat sənədi aprelin 3-də Milli Məclisdə (MM) müzakirə ediləcək.