Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Ermənistan silahlı qüvvələri tərəfindən vəhşicəsinə öldürülən 2 yaşlı Zəhra üçün yazdığı şeir əsasında “Həyat” fondu qısametrajlı film hazırlayıb.

Metbuat.az xəbər verir ki, filmdə Zəhra obrazını Beta-talassemiya xəstəsi olan 3 yaşlı Ayla Səmədli canlandırıb.

Qeyd edək ki, Ayla Beta-talassemiya xəstəliyi ilə dünyaya gəlib. Həkimlərin sözlərinə görə, onun müalicəsi xaricdə mümkündür. Bunun üçün də 150 min dollara ehtiyac var. 3 yaşlı qızcığazın ailəsi insanlardan kömək istəyir. Aylanın sağalması üçün maddi yardım etmək istəyənlər aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərlər:

Mob: (055) 435-47-30