F.Məmmədovun sözlərinə görə, sahibkarlar analizlərin nəticəsindən tam əmin ola bilərlər:
"Almaniya və İtaliyanın akkreditasiya qurumları hazırda Azərbaycanın akkreditasiya sisteminin yenidən qurulmasının layihəsini işləyib hazırlayırlar".
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov isə bildirib ki, bu vaxta qədər Azərbaycanda beynəlxalq əhəmiyyətli laboratoriyanın akkreditasiyadan keçməməsi ixracatçılara da problemlər yaradıb.