Rayonlarda evlərin qiyməti bahalaşdı

İş yerlərinin məzuniyyətə çıxması ilə birlikdə istirahət üçün bölgələrə üz tutanların sayı artıb. Tələbatın artdığını görən bölgə sakinləri isə həmin ərazilərdə evlərin qiymətini qaldırıblar.

Bununla bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirdi ki, bu, müvəqqəti və mövsümi xarakter daşıyır:

“Tələbi qarşılayan təkliflərin sayı azaldıqca, qiymətlərə təsir göstərir. Bu, mövsümlə bağlı baş verən prosesdir. Yay olanda bu cür hallar müşahidə olunur. Bu da turistik zonalara olan maraqdan irəli gəlir. Dollar bahalaşandan sonra vətəndaşlar xaricə üz tuta bilmirlər. Bu səbəblə, yerli istirahət mərkəzlərinə gedirlər. Yaxud da, imkanı olanlar həmin ərazidə torpaq sahəsi alıb, ev tikir. Yəni, qiymət artımı sırf bununla bağlıdır. Və tələb artdıqca, qiymətlərin də artımını müşahidə edirik. Bu, müvəqqəti və mövsümi xarakter daşıdığı üçün bir neçə aydan sonra qiymətlərin aşağı düşməsini müşahidə edəcəyik”.

Süni qiymət artımın hüquqi tərəflərini izah edən vəkil Xəyal Bəşirov bildirdi ki, daşınmaz əmlakın qiymətinin artırılmasına heç bir nəzarət yoxdur:

“Azərbaycanda bazar iqtisadiyyatı var. Ona görə, istənilən şəxs öz əmlakına istənilən qiyməti qoya bilər. Qanunvericilikdə bununla bağlı məsuliyyət yoxdur. Azərbaycanda daşınmaz əmlakın qiymətinin artırılmasına heç bir nəzarət yoxdur”.

VACİB XƏBƏR: Bu gün keçirilən qəbul imtahanı ilə bağlı... – OXUMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova / Metbuat.az 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR