İki kişi ilk dəfə olaraq dünyaya övlad gətirdi -

Britaniyada iki kişi ilk dəfə olaraq dünyaya övlad gətirib.

Metbuat.az-ın məlumatına görə, 21 yaşlı Hayden Kross və 23 yaşlı Skott Parker dünyaya qadın kimi gəliblər, lakin hazırda cinsiyyətin dəyişdirilməsi əməliyyatı ərəfəsindədirlər. Onlar qərara gəliblər ki, əməliyyatdan keçib tam kişi olanadək uşaq dünyaya gətirsinlər.

Parker öyən avqust ayında dostu ilə bir gecəlik sərxoş cinsi əlaqədən uşağa qalmışdı. Onun Sara adında qızı aprel ayında doğulub. Cross isə qızı Trinitiyi qeysər kəsiyi əməliyyatı ilə doğub. Cross hamilə olmaq üçün donor spermindən istifadə edib.

Bildirilir ki, hazırda hər iki ana kişiyə çevrilmək üçün lazım olan prosedurları davam etdirirlər.

Qeyd edək ki, dünyada ilk uşaq doğan kişi arizonalı Tomas Beyatiedir. O dünyaya qadın kimi gəlib. Beyatie 2007-ci ildən başlayaraq donor spermi ilə üç uşaq doğub.

METBUAT.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR