Play Store

İspaniyalı tennisçi Qabrinye Muquruza Uimbldon turnirinin qalibi oldu

Final qarşılaşmasında amerikalı Vinus Uilyamsa qalib gələn 23 yaşlı ispaniyalı tennisçi Qabrinye Muquruza karyerasında ilk dəfə “Böyük Dəbilqə” seriyasından olan Uimbldon turnirini (mükafat fondu 31,5 milyon dollardır) qələbə ilə başa vurub.

Metbuat.az xəbər verir ki, matçın ilk seti gərgin keçib. Hesab 5:5 olarkən ispan tennisçi daha inamla oynayaraq seti 7:5 başa vurub. İkinci setdə isə o, 37 yaşlı rəqibini, necə deyərlər, darmadağın edib – 6:0.

Xatırladaq ki, Vinus Uilyams “Böyük dəbilqə” seriyasının yeddiqat, o cümədən Uimbldonun beşqat qalibidir.

Uimbldon turnirində kişilərin finalı isə sabah keçiriləcək. “Böyük dəbilqə” seriyasının 17-qat çempionu olan İsveçrə tennisçisi Rocer Federer xorvatiyalı Marin Çiliclə qarşılaşacaq.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR