"Benzin bahalaşmalı idi, çünki... - İQTİSADÇI

“Qiymətlər nisbətən yüksələcək”.

Bu sözləri Metbuat.az-a "Aİ-92" markalı benzinin bahalaşmasının təsiri ilə bağlı açıqlamasında iqtisadçı Pərviz Heydərov bildirib. Onun sözlərinə görə, benzinin qiyməti artmalı idi, çünki bunun bir neçə səbəbi var:

"Burada müsbət və mənfi olan məqamlar nədir? Müsbət olan odur ki, sözügedən addım məhz ilin bu vaxtında atıldı. Belə ki, inflyasiyaya və qiymət artımlarına müvafiq təsirlərin az və zəif olan məqamında. Çünki payız mövsümünə doğru bahalaşma baş verir. İkinci müsbət cəhət isə odur ki, valyuta bazarında da sükunət hökm sürməkdədir.

Mənfi cəhətlərə gəldikdə isə, qiymətlər nisbətən yüksələcək. İnflyasiyanı ikirəqəmli səviyyədən endirmək çətin olacaq. Ola bilsin ki, manatın da məzənnəsi üçün əlavə neqativ təsir ortaya çıxsın. Ancaq düşünürəm ki, ilin sonuncu 3 ayının başlanğıcına qədər gərginlik dalğası istənilən halda səngiyəcək”. 

Qeyd edək ki, Tarif Şurasının 14 iyulda keçirilən iclasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib. Qərar 15 iyuldan qüvvəyə minib.

Xəyalə Məmmədova / METBUAT.AZ

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR