DOLLARI olanlar MÜTLƏQ OXUSUN! - Bahalaşacaq, yoxsa...

Dolların məzənnəsində uzun müddətdir ciddi artım, yaxud da azalma müşahidə edilmir. Bu, nə vaxta kimi davam edəcək? 

Metbuat.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirdi ki, dollara olan tələbat artacaq:

“Avqust ayından başlayaraq, məktəb dövrünə hazırlıq işlər start götürəcək. 1,5 milyon şagird, tələbə, müəllim yeni mövsümə hazırlaşacaq. Ölkədəki məktəb ləvazimatların çox hissəsi xaricdən gətirildiyi üçün, təqribən 500 milyon dollara yaxın əlavə valyutaya ehtiyac yaranacaq. Bu da dollara tələbatı artıracaq. Ona görə, yaxın gələcək üçün proqnoz vermək mümkündür ki, dollara olan tələbat artacaq. Ölkə daxilində gedən proseslər də onu göstərir ki, sentyabr ayından ilin sonunadək dolların bahalaşmasının şahidi ola bilərik. Amma devalvasiya olmayacaq. Onu da qeyd etmək lazımdır. Hökümət manatın kəskin dəyərdən düşməsinə imkan verməyəcək”.

Bu günə olan məzənnə - OXUMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova / METBUAT.AZ  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR