“Onlar Azərbaycan mətbuatından getməlidirlər” - POLKOVNİK

Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov onun adından mediada yayılan informasiyalara münasibət bildirib. 

Üzeyir Cəfərov qeyd edib ki, yaxın saatlarda həmin məsələni hüquqi müstəvidə həll edəcək:

“Mediada mənim adımdan istifadə edilərək xəbər paylaşılıb. Bu haqda məlumat alan kimi həmin saytların rəhbərlərinə xəbərdarlıq etdim. Bir neçə sayt yazını üzürxahlıq edib sildilər. Amma bəziləri zənglərimizə cavab vermədi. İstənilən halda, o saytlar çox böyük səhvə yol veriblər. Mənə qarşı ədalətsiz addım atılıb. Bu səhv onlar üçün heç də yaxşı qurtarmayacaq. Mənim fikrim çox ciddidir. Yaxın saatlarda həmin məsələni hüquqi müstəvidə həll edəcəm. Bəzi saytlar o materialları götürüb məndən üzr istəməsələr, addımım çox sərt olacaq. Heç kimi bağışlamaq fikrim də yoxdur. Kiminsə məlumat problemi varsa, onu əsla mənim adımla bağlamamalıdır. Bəziləri bulanıq suda balıq tutmağa çalışır. Bu imkanı onlara verməyəcəyəm. Azərbaycan mətbuatında bu gün kifayət qədər qeyri-peşəkarlar var. Bu qeyri-peşəkarlar da özlərinin doğru yolunu seşməsələr, onlara bu yolu seçməkdə kömək etməliyik. O adamlar Azərbaycan mətbuatından getməlidirlər. Hesab edirəm, bu, bayramqabağı xoşagəlməz haldır. Amma bu söhbətlərin əsas günahkarları onlardır”.

"İki gündür avtomobilimə benzin vurmuram" - Millət vəkili – OXUMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova / METBUAT.AZ  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR