Türkiyədəki leysan yağışlar Azərbaycana gəlir?

İstanbulda son illərin ən güclü yağışı yağıb. Gecə başlayan yağış səhər saatlarında selə səbəb olub. Düşən 50-60 mm yağıntı avtomobilləri suya qərq edib. Hidrometeoroloji proqnozlara əsasən yağıntıların daha da qüvvətlənməsi gözlənilir.

Türkiyədə yağan leysan yağışlar Aszərbaycana gələ bilərmi?

Bununla bağlı Metbuat.az-a açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirdi ki, hələ ki, yaxın 2-3 gün ərzində, iyulun 23-dək hava şəraitində ümumi dəyişiklik gözlənilmir:

“Bir neçə gündür paytaxtda və bölgələrdə günəşli hava şəraiti müşahidə edilir. Belə hava şəraiti 23-dək müşahidə ediləcək. Havanın temperaturu paytaxtda 35-37, rayonlarda 35-40, Naxçıvan Muxtar Respublikasının bəzi ərazilərində 42, dağlıq ərazilərdə isə 28-33 dərəcə isti olacaq”.

Azərbaycana qızmar istilər gəlir - XƏBƏRDARLIQ! – Oxumaq üçün tıklayın!

Xəyalə Məmmədova / METBUAT.AZ  


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR