Bakı. 21 iyul. REPORT.AZ/ Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Səbail” futbol komandası ikinci yoxlama oyununu keçirib.
“Report”un məlumatına görə, yeni mövsümdə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq paytaxt təmsilçisi Səudiyyə Ərəbistanının "Əl-İttifaq" kollektivi ilə qarşılaşıb. Matç “Səbail”in 1:4 hesablı məğlubiyyəti ilə nəticələnib. Komandanın heyətində yeganə qolu Murad Ağayev vurub.
Qeyd edək ki, "Səbail"in növbəti rəqibi iyulun 24-də Özbəkistanın "Paxtakor" komandası olacaq. Samir Əliyevin baş məşqçi olduğu kollektiv ilk matçda Omanın U-23 yığması ilə qolsuz heç-heçə edib.