Azərbaycan Prezidenti İlham Əliyev Maldiv Prezidenti Abdulla Yamin Abdul Qəyyuma təbrik məktubu göndərib.

Publika.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident, ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Maldiv xalqına sülh və rifah diləyirəm".