Dolların bahalaşacağı gözlənilir

“Mərkəzi Bankın rəsmi məzənnəsində manatın dollara nisbətən güclənməsinə baxmayaraq, valyuta bazarında dollar bahalaşıb”.

Bu sözləri son günlər dolların məzənnəsinin manata nisbətdə ucuzlaşması ilə bağlı Metbuat.az-a açıqlamasında iqtisadçı Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, real bazar kursu təklif edən banklarda artıq 100 dollar almaq üçün 170 manatdan çox vəsait ödəmək lazımdır:

“Mərkəzi Bankın valyuta ehtiyatlarının artması və eləcə də manat bazasının müqayisəli çoxalması da bazara hələlik birbaşa təsir göstərməyib. Mərkəzi Bankın son açıqlamasına görə, həm valyuta ehtiyatalarında, həm də pul bazasında artım müşahidə edilib. Belə ki, Mərkəzi Bankın valyuta ehtiyatları 4,964 milyard dollar, pul bazası isə 8,274 milyard manata çatıb. Bununla belə, hər iki göstərici 2014-cü il ilə müqayisədə yenə də aşağıdır. Belə ki, pul bazası sözügedən ildə 11,866 milyard manat idi. Eyni zamanda, həmin il Mərkəzi Bankın ehtiyatları 15 milyard dollardan çox olub. Bu isə ondan xəbər verir ki, xüsusən də 2014 və 2015-ci illərdə Mərkəzi Bank öz ehtiyatları ilə valyuta bazarına intervensiya etmək məcburiyyətində qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR