“Report”un məlumatına görə, ABŞ-da təşkil olunan yarışda meydan sahibləri çempion olub.
Santa-Klara şəhərində baş tutan final matçında ABŞ millisi Yamayka yığmasını 2:1 hesabı ilə məğlub edib.
Bryus Arenanın rəhbərlik etdiyi kollektiv 2021-ci ildə təşkil olunacaq Konfederasiyalar Kubokuna vəsiqə uğrunda 2019-cu ildə keçiriləcək “Qızıl kubok”un qalibi ilə qarşılşacaq.
Qeyd edək ki, “Qızıl kubok” turniri 1991-ci ildən keçirilir. Yarışın ən çox qalibi olan komanda Meksika millisidir. ABŞ yığması isə çempionluq sayını altıya çatdırıb.