Nabran yerləşən istirahət mərkəzlərinin birində kütləvi
dava olub.
Publika.az xəbər verir ki, gecə saatlarında baş
verən hadisə zamanı 2 nəfər xəsarət alıb.
Xəsarət alanlar 51 yaşlı Xaçmazın Xudat şəhər saikini Toğrul
Məmişov və 31 yaşlı Zöhrab Səfiyevdir. Xudat şəhər xəstəxanasına
yerləşdirilən şəxslərdən Toğrula sağ və sol dirsək nahiyəsinin
sıyrılmış yarası, Zöhraba isə qapalı kəllə-beyin travması, göz
orbitinin əzilməsi və hematoması diaqnozu qoyulub.
Hər ikisi ilkin yardımdan sonra ambulator müalicəyə göndərilib.
(ARB TV)