Cənubi Afrika Respublikasında jest dilinə dövlət dili statusu verilə bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, parlament komitəsi konstitusiyaya bu barədə düzəlişləri təklif edib.

Bununla bağlı müraciətlər hələ 2007-ci ildən ölkədə fəaliyyət göstərən lal-kar assosiasiyaları tərəfindən edilib. Bildirilir ki, CAR-da yaşayan milyonlarla lal-kar əhali ünsiyyət səbəbindən mal və xidmətlərdən məhrumdur. Hazırda CAR-da 11 dövlət dili var.

Qeyd edək ki, artıq Uqanda, Zimbabve kimi ölkələrdə jest dili dövlət dili statusu alıb.

Milli.Az