Ötən gün məhkəmədəki xidməti otağında terrorçular tərəfindən girov götürülən və qətlə yetirilən prokuror Mehmet Kirazın sosial şəbəkələrdə fotoları yayılıb.

ANS PRESS-in məlumatına görə, prokuror Kirazın əks olunduğu bu foto müqəddəs Məkkə şəhərində ümrə ziyarəti zamanı çəkilib.

Xatırladaq ki, ötən gün Türkiyənin İstanbul şəhərində “Gəzi parkı” aksiyalarından polis tərəfindən öldürülən Berkin Elvanın işini aparan prokuror Mehmet Kiraz DHKP-C terrorçuları tərəfindən girov götürülmüşdü. Keçirilən əməliyyat zamanı 3 terrorçu məhv edilib, ağır yaralı vəziyətdə xəstəxanaya çatdırılan prokurorun isə həyatını xilas etmək mümkün olmayıb.

Bu gün yerli vaxtla saat 11.00-də İstanbul Çağlayan ədliyyə binasında prokuror Mehmet Kirazla vida mərasimi keçiriləcək. Zöhr namazından sonra isə “Eyyub sultan” məscidində qılınacaq cənazə namazından sonra mərhum İstanbul Eyüp məzarlığında torpağa tapşırılacaq.

Öldürülən prokurorun yeni fotosu yayıldı FOTO

Öldürülən prokurorun yeni fotosu yayıldı FOTO
Mənbə
ANS PRESS