ABŞ-ın nümayəndələr palatasının üzvü Maksin Uoters öz rəsmi "Twitter" səhifəsində bəyan edib ki, vitse-prezident Maykl Pens öz inauqurasiya mərasiminə hazırlaşır. Amerikalı siyasətçi əmindir ki, prezident Donald Trampa impiçment elan ediləcək.
Mili.Az xəbər verir ki, bu barədə azvision.az "The İndependent"-ə istinadən xəbər verir.
"Mayk Pens özünün inauqurasiyasını planlaşdırır. Pribus və Spayser hakimiyyət dəyişikliyinə rəhbərlik edəcək", - Konqresmen yazır.
"The Hill" informasiya portalı isə yazıb ki, yaxın vaxtlarda Trampa qarşı impiçment prosedurunun başlanılması gözlənilmir. Lakin bu istiqamətdə səylə hazırlıqlar görülür.
Qeyd edək ki, konqresmen Uoters Trampın işdən azad edilməsinin aktiv tərəfdarıdır.
Xatırladaq ki, daha əvvəl konqresmen Bred Şerman Trampı Rusiya ilə iş birliyində ittiham edən qanun layihəsi hazırlayıb. Həmçinin siyasətçi vurğulayıb ki, Ceym Kominin FTX rəhbəri vəzifəsindən işdən çıxarılması da qanunsuzdur.
Milli.Az