300-dən artıq kağız, 350-yə yaxın gümüş və misdən olan dəmir pullar.
Milli.Az bildirir ki, Goranboyun Xanqərvənd kənd sakini 60-dan çox ölkənin pullarını toplayıb. 32 yaşlı Mehdi Səfərov 10 ildən artıqdır bu işlə məşğuldur. Kolleksiyaçının əldə etdiyi pulların ən qədimi XIII-XV əsrlərə aiddir.
Mehdi Səfərov əsginasları toplamaq üçün az pul xərcləməyib. O, Türkiyə, Rusiya, hətta Qvatemalada müəyyən insanlarla sosial şəbəkələr vasitəsilə əlaqə qurub və həmin dövlətin pullarını əldə edib.
İxtisasca tarix müəllimi olan Goranboy sakini tələbəykən müxtəlif ölkələrin pulları ilə maraqlanıb. Daha sonra onları əldə etmək üçün bu ölkələrdə yaşayan kolleksiyaçılarla əlaqə qurub. Hətta bu pullar üçün yüksək məbləğdə ödəniş etdiyi vaxtlar da olub. Kolleksiyaçı ilbəil sayı artan əsginasları xüsusi formada saxlayır. Sıradan çıxmaması üçün qəpik və kağız pulları xüsusi albom və listlərə yerləşdirib.
Mehdi Səfərov maraqlı xobbisi ilə həm yerli, həm də xarici turistlərin diqqətini çəkmək fikirindədir. Bunun üçün gələcəkdə yaşadığı kənddə kiçik guşə yaradaraq bu pulları orda nümayiş etdirəcəyini deyir. /xezerxeber.az
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:
