Bəzən bizim dünya insan qarşısında elə mənzərə yaradır ki, bəlkə də proqramla bunu edə bilməzdin... Dünyanın müxtəlif yerlərində çəkilmiş bu füsunkar mənzərələri seyr etdikcə, ən gözəl yaradıcının məhz təbiətin özü olmasına dair şübhə qalmır.

Milli.Az aşağıdakı xülasədə gündəlik görə bilməyəcəyimiz maraqlı şəkilləri təqdim edir.

1. Yura sahili, Böyük Britaniya

Alimlər indiyədək "kəskin" dalğaların qeyri-adiliyini izah edə bilmirlər.

2. Külək generatorları, Niderland

2009-ci ildən ölkə enerji mənbəyi kimi küləkdən istifadə etməyə başlayıb. Sahil xətti boyunca 1879 yel dəyirmanı var.

3. Corc Russun (Georges Rousse) anamorf qraffiti

Fransız küçə rəssamı, yalnız müəyyən nöqtədən baxmaqla anlanılması mümkün olan əsərlər yaradır.

4. Yalqızlıq

Şumlanmış meydançanın ortasında fərdi ev

5. Vulkanik kül ilə örtülmüş məbədin yanında xilasedicilər

Yaponiyanın Ontake vulkanının püskürməsi seysmoloqlar üçün gözlənilməz oldu, kül sütununun hündürlüyü isə 10 kilometrə çatıb.

6. Şanxay şəhərinin 610 metr hündürlükdən görüntüsü

Krançı Vey Qenşen (Wei Gensheng) dünyada ikinci ən hündür binanın tikilişi zamanı şəhərin şəklini çəkib

7. Quş uçuşu yüksəkliyindən görünən zanbaqlar meydanı, Vorxaut, Niderland

Bu gün Hollandiya zanbaqların satışı üzrə dünyada liderdir

8. Gümüş və qızıl

Yellouston Milli Parkında payız ağacları, Vayominq, ABŞ

9. Qış qasırğaları zamanı Nyu-York

2016-ci ilin yanvarında ABŞ-ın şərq sahillərində baş vermiş güclü qar qasırğası "Conas" adı və "Əsrin qasırğası" statusu alıb.

10. Qeyri-real mənzərə

Afrikanın Namib səhrasında qurumuş ağac skeletləri

11. Buz konstruksiyaları

Su və küləyin gücü ilə yaradılan buz bağlamış çəpər

12. Buludlardan yuxarı

İslandiyada dağın zirvəsində dayanan alpinist Remi Makmartri (Remi Mcmurtry)

13. Daxili həyəcan

Sabun köpüyü daxilində baş verən sıçrayış

14. Havana şəhərinin hündürlükdən görünüşü, Kuba

Çoxmərtəbəli rəngli evlər planetin ən gözəl şəhərlərindən birinin ayrılmaz tərkib hissəsidir

15. Reallıq illüziyaya qarşı

Şimali Koreya ordusunun əsgərləri və adi vətəndaşları Kim İr Senin xatirəsi üçün təşkil olunmuş mərasim zamanı. (publika.az)

Milli.Az