Türkiyə ordusunun rəhbərləri dəyişildi

Türkiyədə Ali Hərbi Şuranın toplantısı keçirilib.

Metbuat.az-ın məlumatına görə, baş nazir Binəli Yıldırımın rəhbərliyi ilə baş tutan toplantıda Silahlı Qüvvələrin komandanlığına dəyişikliklər barədə qərarlar qəbul edilib.

Belə ki, Quru qoşunlarının komandanı Yaşar Gülər, Hərbi-Dəniz Qüvvələrinin komandanı Adnan Özbal, Hərbi-Hava Qüvvələrinin komandanı isə Həsən Küçükakyüz təyin edilib. Həmçinin bəzi hərbçilərin rütbələri artırılıb, onların vəzifə müddəti uzadılıb.

Sübhan / METBUAT.az 



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR