Dırnaqlarınız qırılırsa, bundan sürtün

Zəif və tez qırılan dırnaqlar, saçlarda meydana gələn qırılmalar və cansızlıq bədəndəki protein əksikliyindən qaynaqlanır.

Metbuat.az xəbər verir ki, bu problemlər müxtəlif xəstəliklər və fərqli faktorlardan da meydana gələ bilər. Əgər həssas və tez qırılan dırnaqlara sahibsinizsə, mətbəxdəki məhsullarla dırnaqlarınıza qulluq edə bilərsiniz. Bu məhsullardan biri pul bibərdir. Ondan hazırlanan qarışığı dırnaqlarınıza vurun və nəticəsini görəcəksiniz.

Qarışığı hazırlamaq üçün 5 damcı soyuq su, yarım çay qaşığı nəmləndirici krem, bir çay qaşığı pul bibərə ehtiyacınız var. Əvvəlcə, su ilə pul bibəri qarışdırın. Daha sonra kremi əlavə edib qatılaşana qədər qarışdırın. Hazırlanmış qarışığı dırnaqlarınızın iç qisminə 10 dəqiqə sürtüb saxlayın. Bu qarışıqdan gündə bir dəfə dırnaqlarınıza tətbiq edin.

Həmişə gözəllikdə!

Aysel Yaqubqızı / Metbuat.az

Üzdəki qara nöqtələri yox edən - MASKA - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR