“Report” xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Bildirilir ki, bu gün 25 yaşlı braziliyalı hücumçunun nümayəndələri tələb olunan sənədləri imzalamaq üçün LaLiga-nın ofisinə gəliblər. Lakin qurumun rəhbərliyi ödəniləcək məbləğin mənşəyi barədə məlumat olmadığını əsas gətirərək transferə icazə verməyiblər. Həmçinin bu transferin FİFA-nın maliyyə “fair play” qaydalarına zidd olduğu da futbolçunun vəkillərinin diqqətinə çatdırılıb.
Qeyd edək ki, Neymar avqustun 2-də PSJ ilə transfer məsələsini həll etmək üçün icazə alaraq “Barselona”nın məşqinə qatılmayıb. Fransa təmsilçisinin braziliyalıya görə ispanlara 222 milyon avro ödəyəcəyi bildirilir.