"Aş-Şabab" terrorçu qruplaşması Somalinin cənubunda yerləşən Liqo şəhərini ələ keçirib.
Milli.Az report-a istinadən xəbər verir ki, bu şəhər ölkə paytaxtı Moqadişodan 130 km. aralıda yerləşir.
İnformasiyaya əsasən, terrorçular şəhəri Afrika İttifaqının hərbçiləri və sülhməramlıları çıxandan sonra ələ keçiriblər.
Onlar Liqonu avqustun 4-də səhər saatlarında tərk ediblər. Həbrçilərin və sülhməramlıların şəhəri tərk etməsi səbəbi hələlik məlum deyil.
Milli.Az